AzMİU yeni beynəlxalq layihələrdə təmsil olunacaq

Hit: 818
AzMİU yeni beynəlxalq layihələrdə təmsil olunacaq
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti 3 il ərzinə Avropa Birliyi tərəfindən maliyələşən Erasmus+ K2 proqramı çərçivəsində 2 yeni beynəlxalq layihədə - GEOCLIC və WORK4CE layihələrində iştirak haqqı qazanıb.
 
Məlumat üçün bildirək ki, GEOCLIC layihəsi yeni texnologiyalardan istifadə edərək sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək üçün bakalavr, magistr və doktorantura səviyyələrində tədris proqramlarının modernləşdirməsini hədəfləyir. Layihədə AzMİU ilə yanaşı Avropa və Azərbaycandan 17 nüfuzlu təhsil müəsisəsi və beynəlxalq təşkilatlar birgə çalışacaq.
 
WORK4CE layihəsi isə gənclərin məzun olduqdan sonra gələcək iş yerlərinə hazırlaşmaq üçün tədris mənbələrindən faydalı istifadənin stimullaşdırılmasını hədəfləyir. Layihə çərçivəsində fənlərarası tədris planları və modulları hazırlanacaq, tədris proqramlarının praktik dəyərini və məzunların işə düzəldilməsini yaxşılaşdırmaq üçün yeni (virtual) universitet-müəssisə əməkdaşlığı formaları tətbiq ediləcək. 3 il müddətinə nəzərdə tutulan layihədə AzMİU 9 Almaniya, Ukrayna və Azərbaycan universitetləri ilə birgə çalişacaq.








Redaktorun seçimi