AzTU "İDRAK Texnoloji Transfer" ilə əməkdaşlığı genişləndirir

Hit: 972
AzTU "İDRAK Texnoloji Transfer" ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Texniki Universitetinin (AzTU) pedaqoji heyəti və tələbələri  "İDRAK Texnoloji Transfer" MMC-nin "SMART Things Factory" zavodunda işgüzar görüş keçirib.
 
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev qurumun əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
 
AzTU-nun kafedra müdirləri istedadlı tələbə və məzunların startap layihələrindən danışıb. Bildirilib ki, tələbələrin hazırladıqları texnoloji həllər bir sıra müsabiqələrin qalibi olub. Görüş zamanı belə layihələrin  "İDRAK Texnoloji Transfer" MMC tərəfindən dəstəklənməsi və əmək bazarına transferi istiqamətində təkliflər irəli sürülüb.
 
Qeyd olunub ki, universitet-sənaye iş birliyi çərçivəsində nəzəri və praktiki təlimlərin keçirilməsi və birgə layihələrin hazırlanması da planlaşdırılıb.
 
Daha sonra qonaqlar zavodun iş prosesini izləyib.








Redaktorun seçimi