Elşən Allahverdiyev yeni vəzifəyə təyin edilib

Hit: 1516
Elşən Allahverdiyev yeni vəzifəyə təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin Sənədlər və müraciətlərlə iş departamentinin müdiri vəzifəsinə təyinat olub.
 
Belə ki, bu vəzifəyə Elşən Allahverdiyev təyin edilib.
 
Faktor.az xəbər verir ki, Elşən Allahverdiyev SalamNews-a açıqlamsında faktı təsdiq edib. O, artıq yeni vəzifəsinin icrasına başlayıb.
 
Qeyd edək ki, E.Allahverdiyev bundan əvvəl ƏƏSMN-nin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri, Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi, “Caspian Development Bank” və “Günay Bank” ASC-lərdə Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərinin direktoru, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor vəzifələrində çalışıb.








Redaktorun seçimi