Şərurda hərbi hissəyə 4 ton tərəvəz sovqatı verilib

Hit: 788
Şərurda hərbi hissəyə 4 ton tərəvəz sovqatı verilib
Xalq-ordu birliyinə nümunə olaraq muxtar respublikada hərbi hissələrə meyvə-tərəvəz sovqatlarının verilməsinin davamı kimi Şərur rayonundakı “Vüsal” kiçik müəssisəsinin kollektivi 4 ton kartof və soğanı hərbi hissəyə təhvil verib.
 
Müəssisənin rəhbəri Mürşüd Həsənov bu gün əsgərlərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edərək, ayrı-ayrı özəl qurumların, fermer və sahibkarların Vətənin keşiyində dayanan əsgərlərin qayğısına qalmasının, onlara sovqat göndərməsinin mənəvi dəstək olduğunu deyib. Bu, ordu-xalq birliyinin bariz nümunəsidir.
 
Hərbi hissənin zabiti gətirilən sovqata görə minnətdarlığını bildirib. (Azərtac)








Redaktorun seçimi