AzTU-nun professoru vəfat edib

Hit: 788
AzTU-nun professoru vəfat edib
Azərbaycan Texniki Universitetinin (AzTU) "Azərbaycan dili və pedaqogika” kafedrasının professoru Əzizə Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.
 
Faktor.az xəbər verir ki, bu barədə AzTU məlumat yayıb.
 
Qeyd edək ki, Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
 
2001-2005-ci illərdə AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.
 
2005-ci ildən dosent vəzifəsinə seçilib.
 
AzTU-nun rəhbərliyi və kollektivi Əzizə Mikayılovanın vəfatından kədərlənir, yaxınlarına səbr diləyir.








Redaktorun seçimi