Qaçqın və məcburi köçkünlərə diqqət artıb

Hit: 1169
Qaçqın və məcburi köçkünlərə diqqət artıb
İsmayıllıda qaçqın və məcburi köçkünlərin kompakt məskunlaşdığı İsmayıllı şəhər, Kürdmaşı, Qalınçaq və Topçu kəndlərində  3 binanın dam örtüyü dəyişdirilib, bir sığınacaq yaşayış üçün yararlı vəziyyətə gətirilib. Ümumilikdə 1850 kvadratmetr dam örtüyü yenilənib.
 
Bundan əlavə, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdən biri Qoşakənddə isə subartezian quyusunun texniki göstəriciləri gücləndirilərək əhalinin istifafəsinə verilib. Quyunu elektriklə təmin edən transformator və suqaldırıcı nasos daha güclüsü ilə əvəz edilib. Arteziandan çıxarılan su yeni tikilmiş hovuza doldurulduqdan sonra mənzillərə paylanacaq.
 
Görülən işlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilib. Həmçinin rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti təhlil olunaraq ağır olanlar barədə komitəyə məlumat verilib.








Redaktorun seçimi