“Gənclərimiz Beynəlxalq Arenada” onlayn forumu keçirilib

Hit: 1201
“Gənclərimiz Beynəlxalq Arenada” onlayn forumu keçirilib
Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və Azərkitab-Kitab Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən və 7 gün müddətinə davam edən “Gənclərin Onlayn Yay Məktəbi” layihəsi çərçivəsində yekun olaraq “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə 200 nəfərə yaxın gəncin iştirakı ilə“Gənclərimiz Beynəlxalq Arenada” adlı onlayn forum keçirildi.
 
Açılış nitqi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev forum iştirakçılarını “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edərək ölkədə aparılan dövlət-gənclər siyasətinin gənclərin inkişafında rolundan söhbət açaraq Azərbaycan gənclərinin təhsili, intellekti, dünyagörüşü, milli-mənəvi dəyərlərə və vətənə bağlılığı ilə fərqləndiyini qeyd etdilər. Ölkə hüdudlarından kənarda Azərbaycanı uğurla təmsil edən gənclərin nailiyyətlərini vurğulayan çıxışçılar bugün Azərbaycan gəncinin istənilən sahədə aparıcı mövqe tutduğunu bildirdilər. 
 
Daha sonra ölkəmizi təhsil aldıqları və yaşadıqları ölkələrdə uğurla təmsil edən gənclər – Lüksemburqda“Vodafone” şirkətində menecer vəzifəsində çalışan Emin Quluyev, Türkiyədə Azərbaycan mədəniyyətini təbliğ edənAzərbaycanın Əməkdar artisti Turan Manafzadə, Avstriyada öz istedadı ilə bir sıra beynəlxalq müsabiqələr laureatı olan Abuzər Manafzadə, Almaniyadakomputer elmləri üzrə təhsil alan və promramist kimi çalışan DAAD təqaüdçüsü və Sabunçu rayonu sakini Əli Behbudov və AlmaniyadaQaçqınlıq və Miqrasiya üzrə beynəlxalq sosial işçi vəzifəsində uğurla çalışan və ölkəmizin təbliği istiqamətində bir sıra sosial kompaniyalara rəhbərlik edən Nigar İbrahimova vətəndən uzaqda qazandıqları uğurlar barədə məlumat verərək forum iştirakçılarının suallarını cavablandırdılar.
 
Qeyd edək ki, “Gənclərimiz Beynəlxalq Arenada” adlı onlayn forumun keçirilməsində məqsəd beynəlxalq arenada uğurlar qazanmış azərbaycanlı gənclər ilə həmvətən gənclərin görüşünün təşkil olunması, gənclərin sosial aktivliyinə nail olmaq, onların asudə vaxtlarının səmərəli təşkili və gənclərin inkişafa və uğura təşviqi idi.








Redaktorun seçimi