İcra başçısı verilən tapşırıqların icrasına ciddi nəzarət edir

Hit: 1092
İcra başçısı verilən tapşırıqların icrasına ciddi nəzarət edir
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov inzibati ərazi nümayəndələrinin və bələdiyyələrin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri və şirin su qıtlığı və digər məsələlər  ilə əlaqədar videokonfrans keçirib.⠀⠀⠀
⠀⠀⠀
Faktor.az xəbər verir ki, videomüşavirədə rayon rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verib. Həyata keçirilən tədbirlərin timsalında Neftçala rayonunda bu sahədə görülmüş işlər geniş formatda təhlil edib. İcra başçısı çıxışında bildirib ki, rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin ciddi şəkildə əməl edilməsi diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq, əhali arasında müntəzəm qaydada geniş maarifləndirmə işləri aparılır və karantin rejiminin tələblərinə riayət olunmasına aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunmalıdır.⠀⠀ ⠀
⠀⠀⠀
Karantin rejiminə tətbiq edilmiş yumşalmalar məsuliyyəti dahada artırmalı, yaranmış müsbət dinamika qorunub saxlanılmalıdır. Dəfndən başqa hər hansı bir tədbirin keçirilməsinə icazə verilməməsi əlavə olaraq diqqətə çatdırıldı.⠀⠀⠀
⠀⠀⠀
Mirhəsən Seyidov mobil qrupların  istehsal, xidmət və ticarət sahələrində sanitar-epidemioloji vəziyyətin tələb olunan qaydalara uyğunluğunun yoxlanılmasını və daha da gücləndirilməsini qeyd etdi: ⠀⠀⠀
 
- Rayondakı əsaas məsələlərdən biri su qıtlığı ilə əlaqədar olaraq qəsəbə və kəndlərdə görülən işlər, əhalinin su təminatı haqqında danışıldı. Əhalinin içməli su ilə təminatını daha da yaxşılaşdırmaq üçün əlavə tədbirlərin görülməsi, əlavə texnikaların cəlb olunması və su çənlərinin quraşdırılması diqqətə çatdırıldı. Yeni çəkilən su xəttində görülən işlər və son vəziyyət haqqında danışıldı.⠀⠀⠀
- Suvarma kanalları və kollektorlar-drenajlardakı yaranan çətinliklər , onların son vəziyyəti görülən işlər və lildən təmizlənməsi işlərinə nəzarətin gücləndirilməsi yerli inzibati ərazi nümayəndələri və bələdiyyələrə tapşırıldı.⠀⠀⠀
- Qarşıdan gələn  payız-qış mövsümünü nəzərə alaraq qəsəbə və kəndlərdə elektrik xəttlərinin vəziyyəti haqqında məlumat hazırlamaq və hazır ki vəziyyəti müzakirə olundu.Əhalinin daimi elektrik enerjisi ilə təmin olunması üçün bütün tədbirlərin görülməsi Rayon İcra Başçısı Mirhəsən Seyidov tərəfindən bir daha nəzərə çatdırıldı. ⠀⠀⠀
⠀⠀⠀
Rayon rəhbəri videomüşavirənin sonunda verilən tapşırıqların icrasına ciddi nəzarət ediləcəyini diqqətə çatdırdı.








Redaktorun seçimi