"Parlaq gələcək üçün gənclərə hər zaman dəstək verilməlidir"

Hit: 915
"Parlaq gələcək üçün gənclərə hər zaman dəstək verilməlidir"
Tarix hər bir tərəqqidə, hər bir uğurda, hər bir yenilikdə daim gənclərə minnətdar olmuşdur. Gənclərə təkan verilməsi, onları daha da irəliləməyə, özlərini inkişaf etdirmələrinə şərait yaradılması günümüz və gələcəyimiz üçün çox vacib, bir  o qədər də aktuallığını qoruyan mövzudur. Hər bir vacibiyyət özünü məcburiyyətdən götürür. Çünki, bizlər məcburuq gənclərimizə dəstək olmağa, onları irəli çəkməyə. Parlaq gələcək üçün gənclərə hər zaman dəstək vermək, həmçinin təhsil, təlim-tərbiyə sahəsində uğurlarına da fikir verilməlidir. 
 
Gənclər gününüz mübarək, əziz gənclər və özünü gənc hiss edənlər!

Qeyd edək ki, avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.
 
Faktor.az xəbər portalının
Baş Redaktoru
Aslan Abbaszadə








Redaktorun seçimi