Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksində olub

Hit: 679
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksində olub
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki mövcud şəraitlə tanış olub. At tövləsi, stasionar baytarlıq otağı, cıdır meydanı, talvar, anbar, ofis və digər binalara baxış keçirib.

Faktor.az xəbər verir ki, kompleksin təcrübəli mütəxəssisləri qeyd ediblər ki, bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində atların baş sayının artırılması, keyfiyyət göstəricisinin yüksəldilməsinə nail olunur. Onlara göstərilən yüksək diqqətə görə dərin minnətdarlıqlarını ifadə ediblər.








Redaktorun seçimi