Tbilisidə Qədir-xum bayramı qeyd olunub

Hit: 1098
Tbilisidə Qədir-xum bayramı qeyd olunub
Bu günlər Gürcüstanın bir çox rayon və kəndlərdə, məscidlərdə Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olunur, tədbirlər keçirilir və bayram süfrələri açılır.
 
Həmin tədbirlərdən biri də bu axşam Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerli və ətraf məntəqələrdən dəvət olunan inanclı müsəlmanların iştirakı ilə təşkil olunub.
Quran tilavəti ilə açıq elan olunan mərasimdə ruhani xətiblər “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmindən danışıb, Peyğəmbərimizin (s) son sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar. 
 
“Əhlibeyt” məscidinin həyətində təşkil olunan bu tədbirdə şeir, mövludnamə və ilahilər səsləndirilib. Azərbaycan, İran və Türkiyədən dəyərli din alimlərinin görüntülü söhbəti təqdim olunub.
 
Sonda tədbirdə iştirak edən azyaşlı uşaqlara hədiyyələr təqdim olunub.








Redaktorun seçimi