BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Hit: 1270
BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Mərkəzinin bir qrup əməkdaşının məqalə Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.
 
Mustafa Muradov, Lala Gahramanli, Ofeliya Balayeva, Ilyas Nasibov, Goncha Eyvazova, Imameddin Amiraslanov, Zoxrab  Aghamaliyev "Formation mechanism of CdxZn1-xS/PVA nanocomposites by SILAR method” ("CdxZn1-xS/PVS nanokompozitlərinin SILAR üsulu ilə formalaşma mexanizmi"); Results in Physics Volume 18, IF: 4.019
 
Məqalədə CdxZn1-xS nanohissciklrinin kristallizasiya mühitindən kationların birgə sorbsiyası üsulu ilə formalaşması zamanı nanohissəciklərin formalaşma mexanizmi araşdırılıb. Alınan zərrəciklərin kimyəvi tərkibi və optik xassələrinin kristallizasiya mühitində kationların nisbətindən (Cd2+/Zn2+) asıllığı müəyyən olunub.  Nanohissəciklərin kimyəvi tərkibinə təsir göstərən amillərdən birinin sorbsiya mərkəzlərinin təbiəti olması göstərilib. Müəyyən edilib ki, polimer təbəqənin qalınlığı boyunca nanohissəciklərin paylanması qeyri-bircinsdir. Bu da nanohissəciklərin energetik vəziyyətinin səth və nazik təbəqənin daxilində  müxtəlif olması ilə bağlıdır.
 
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiz:
 
https://www.sciencedirect.com/science/article/pii/S2211379720317472








Redaktorun seçimi