Çimərliklər həftəsonu fəaliyyət göstərməyəcək? - RƏSMİ AÇIQLAMA

Hit: 2305
Çimərliklər həftəsonu fəaliyyət göstərməyəcək? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.
 
Faktor.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildiriib ki, həftəsonu çimərliklərdən istifadəyə heç bir məhdudiyyət qoyulmayıb. Vətəndaşlar əvvəlki günlərdə olduğu kimi qaydalara əməl edərək çimərliklərdən istifadə edə bilərlər.
 
Qeyd edək ki, cimerlik.az saytında 100-dən çox çimərlik barədə məlumat yerləşdirilib. Çimərliyin doluluq səviyyəsi tam dolubsa, əlavə şəxs ora buraxılmayacaq. Çimərliklər səhər 8-dən axşam saat 21-dək fəaliyyət göstərəcək. Əgər çimərlik 500 nəfərlikdirsə, artıq 501-ci şəxs ora buraxılmayacaq.








Redaktorun seçimi