Müsəlmanların 10-cu imamı Әliyyən-Nəqinin (ə) doğum günüdür

Hit: 1231
Müsəlmanların 10-cu imamı Әliyyən-Nəqinin (ə) doğum günüdür
Bu gün hicri-qəməri tarixi ilə zilhiccə ayının 15-nə imam Hadinin mövlud gününə təsadüf edir.
 
Faktor.az-ın məlumatına görə, İmam Əliyyən-Nəqi (ə) hicri-qəməri tarixilə 212-ci ilin zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı bölgədə dünyaya gəlib.
 
Atası İmam Cavad (ə), anası isə Səmanə xanım olub. Həzrət (ə) hicri-qəməri tarixinin 220-ci ilində atasının şəhid olmasından sonra imamlıq məqamına çatıb və 34 il ərzində müsəlmanlara rəhbərlik edib. İmam Әliyyən-Nəqinin (ə) məşhur ləqəblərindən biri də "Hadi"dir.
 
Abbasi xəlifələri imamın nüfuzundan çox ehtiyatlanır və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Nəhayət, zalım Abbasi hökmdarı Mütəvəkkil imamı Mədinədən Samirəyə gətizdirir və imam ömrünün sonuna qədər orada nəzarətdə qalır.
 
İmam Hadi (ə) hicrətin 254-cü ilində zəhərlənərək şəhid edilib. Mübarək məzarı İraqın Samirrə şəhərində yerləşir.
 
Qeyd edək ki, radikal təkfirçi qruplar 2006-cı ildə imamın və oğlu Həsən Əsgərinin Samirradakı məzarını partlatmış, lakin az sonra imamsevərlər tərəfindən bu ziyarətgah yenidən təmir edilərək, ucaldılmışdır.








Redaktorun seçimi