Bakıda istifadəyə yararlı çimərliklər - - SİYAHI

Hit: 1472
Bakıda istifadəyə yararlı çimərliklər - - SİYAHI
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Faktor.az-a verilən məlumata görə, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.
 
Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.








Redaktorun seçimi