Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib

Hit: 1564
Hacı Sabir Həsənli Fəttah Heydərovun vəfatı ilə bağlı başsağlığı verib
Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovun vəfatı ilə əlaqədar onun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
 
Faktor.az-a daxil olan başsağlığı məktubunda deyilir:
 
“Bu gün yaxın dostum Fəttah müəllim dünyasını dəyişmişdir. O, yüksək mənəvi və insani keyfiyyətlərə sahib, cəmiyyətimizdə hər zaman ağsaqqallığı və müdrikliyi ilə seçilən, dini-mənəvi dəyərlərə ehtiramla yanaşan bir insan idi. Əziz Hacımız həmişə xeyirxahlığı və sadəliyi ilə hamımıza örnək olmuşdur. Allahdan Fəttah müəllimə rəhmət, ailəsinə səbr diləyirəm.”
 
Qeyd edək ki, Fəttah Heydərov 82 yaşında vəfat edib. Mərhum I Fəxri xiyabanda dəfn olunub.








Redaktorun seçimi