PXTM yeni layihəyə start verdi

Hit: 939
PXTM yeni layihəyə start verdi
Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş “Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsinə start verilib.

Layihədə tərəfdaş olaraq “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloq heyəti ilə birgə Bakı şəhəri o cümlədən, Lənkəran, Gəncə, Bərdə və Xaçmaz rayonlarında layihə davam edəcəkdir.
 
Layihə çərçivəsində yaş məhdudiyəti olmadan müraciət edən vətəndaşlar üçün ÖDƏNİŞSİZ ilkin psixoloji kosultasiyalar həyata keçiriləcək.
 
Layihəyə 1 avqust tarixindən start verilib və 31 avqust tarixində başa çatacaq.
 
Ətraflı məlumat və qəbul üçün: 
(Qaynar xətt ) Telefon: +99455-976-46-48
 
 







Redaktorun seçimi