O nümunə olmağı bacardı - Aslan Abbaszadə yazır - FOTOLAR

Hit: 2334
O nümunə olmağı bacardı - Aslan Abbaszadə yazır - FOTOLAR
“Mənə demişdilər ki, Prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə Prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu. Valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənim üçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, Prezident oğlu olduğunu əsla hiss etdirmirdi”.
 
Bir neçə il öncə bu sözləri konqolu müəllim Manto şagirdi Heydər Əliyev haqqında söyləmişdi. 
 
Bu gün 1997-ci ilin 3 avqustunda dünyaya gələn Heydər Əliyevin 23 yaşı tamam olur. 
 
Bəzilərinin bir balaca hörmət görəndə, imtiyaz qazananda nələr elədiyini görmüşük. Çox az insan prezident övladı olub belə xarakterə sahib ola bilər. 
 
Azərbaycanda təhsil aldı, Azərbaycanda xidmət etdi, Azərbaycanda da yaşayır. Hər adam bu yaşda nümunə olmağı bacarmır həqiqətən və hər ailəyə də belə övlad nəsib olmur. Doğum gününü təbrik edirik, əziz Heydər Əliyev!
 
Hörmətlə,
Faktor.az portalının Baş Redaktoru
Aslan Abbaszadə
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi