"Bir vətəndaş olaraq onların qayğısına qalmalıyıq"

Hit: 2332
"Bir vətəndaş olaraq onların qayğısına qalmalıyıq"
Koronavirusla mübarizədə tibb işçilərimizin misilsiz xidmətlər və fədakarlıqlar göstərməsinə baxmayaraq artıq onlardan 35 nəfəri həyatını bu yolda qurban verib. Bugünlərdə məyusedici son xəbər Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu, mayor Teymur Cəfərovun vəfat etməsi oldu.

Həkimlərimiz bizim sağlamlığımızın qorunması, yaşamağımız uğrunda mübarizə apardıqları kimi biz də bir vətəndaş olaraq onların qayğısına qalmalıyıq. Hər birimiz məsuliyyət hiss edərək ən sadə qaydalara riayət etməklə onların iş yükünü azalda, və xəstəliyin tezliklə aradan qaldırılmasına töhfəmizi verə bilərik.

Allahdan vəfat edən bütün tibb işçilərimizə və digər vətəndaşlarımıza rəhmət diləyir və bu itkilərlə gələcəkdə qarşılaşmamağımızı arzu edirəm!

Həkimlərimiz bizim üçün çox dəyərlidir! Gəlin onları qoruyaq!

Millət vəkili 
Könül Nurullayeva








Redaktorun seçimi