"Quranla yaşamaq" kitabı nəşr olundu

Hit: 2498
"Quranla yaşamaq" kitabı nəşr olundu
Dəyərli ilahiyyatçı-alim Hacı Ramil Bədəlovun çıxışları əsasında hazırlanan və Hacı Ramilin öz nəzarəti ilə ərsəyə gəlmiş "Quranla yaşamaq" kitabı artıq nəşr olundu!
 
Bəşər övladı, bəlkə də, heç vaxt bu cür ağır bir mənəvi böhrana düşməmişdi. Texnoloji yeniliklər insana rahatlıq bəxş etmək əvəzinə, onu daha da gərginləşdirir. Quranın canlı, aqilanə təlimləri insanı bu depressiv vəziyyətdən çıxara və ona yenidən həqiqi sevinc və məhəbbət hissi yaşada bilər.
 
İnsan öz daxilindəki potensialı üzə çıxarmaq və mövcudluğundan həzz almaq üçün bütün sahələri əhatələyən, hərtərəfli bir həyat proqramına ehtiyac duyur, bu proqramın yeganə ünvanı isə Qurandır.
 
Hacı Ramil Bədəlov bu kitabda Quranın bir sıra ayələrindən istifadə edərək insanın ehtiyac duyduğu bu həyat proqramını tərtib edir. O, sadə və anlaşıqlı dillə gündəlik həyatımızda Qurandan necə istifadə etməyin yolunu göstərir.
 
Kitabın qiyməti: 7 manat.
 
Ölkə üzrə çatdırma ödənişsizdir!
 
Sifariş üçün:
Wp/Tel: (+994) 55 989 72 59
Wp/Tel: (+994) 55 969 72 59








Redaktorun seçimi