BDU-nun Psixoloji Yardım Sektoruyaz semestrində 250 müraciətə baxıb

Hit: 1732
BDU-nun Psixoloji Yardım Sektoruyaz semestrində 250 müraciətə baxıb
Artıq beş aydır ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunur.Xüsusi karantin rejiminin tələbləri, ciddi sosial izolyasiya tədbirlərivətəndaşlarımızın sağlamlığının qorunması, pandemiyanın sürətlə yayılmasının qarşısını alır. Təbii ki, sosial təcrid bir çoxumuzun normal həyat şərtlərində müəyyən məhdudiyyətlər yaradıb. Normal həyatdan ayrılmaq, yeni qaydalara, dəyişikliklərə uyğunlaşmaq müəyyən narahatlıqlar yaradır.Nəticədə yaranan stres, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, gərginləşən psixoloji vəziyyət  insanların psixoloji vəziyyətinə təsir göstərir.Əsasən, immun sisteminin və maddələr mübadiləsinin pozulması ilə özünü göstərən diskomfortluq hissi psixoloji çətinliklərin meydana gəlməsi ilə nəticələnə bilir.
 
Faktor.az xəbər verir ki, pandemiyanın geniş yayılması ilə əlaqədar özünü narahat, təcrid olunmuş və məyus hiss edən əməkdaş və tələbələr təbiq edilən qabaqlayıcı tədbirlərə əməl etməklə, ilk növbədə, özlərini virusdan qoruya bildilər.Mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması nəticəsində bir çox tələbələr gənclik dövrlərinin ən böyük anlarından, eləcə də dərslərdə iştirakdan və dostları ilə ünsiyyətdən məhrum oldular.Yaz semestrinin yay imtahan sessiyasının karantin dövrünə düşməsi isə, bəzi tələbələrin imtahan həyacanını, stresini artırmış oldu. 
 
Elə bu səbəbdən, Bakı Dövlət Universiteti (BDU) əməkdaş və tələbələrin psixoloji narahatlıqlarının dəf edilməsi istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq BDU-dayaradılan Psixoloji Yardım Sektoruöz fəaliyyətini onlayn şəkildə sistemli quraraq müntəzəm olaraq tələbələrlə, əməkdaşlarla əlaqələr yaratdı, onların fərdi psixoloji problemlərinin aradan qaldırılmasına peşəkar dəstək göstərdi. 
Xüsusi karantin rejimi dövründə Psixoloji Yardım Sektoru tələbə və əməkdaşların məlumatlandırılması, psixoloji vəziyyətinin yaxşılaşdırılması, psixoloji terapiya və dəstək məqsədi ilə COVID-19 virusundan qorunma üsulları haqda, bu dönəmdə stresin yaranma səbəbləri və mübarizə yolları, düzgün yuxu rejiminin təşkili, motivasiyanın formalaşdırılması, o cümlədən, asudə vaxtın səmərəli şəkildə dəyərləndirilməsi kimi mövzularla bağlı ali məktəbin rəsmi veb səhifəsində (bsu.edu.az) məlumatlar yayımladı, sosial şəbəkələr vasitəsilə gündəlik paylaşımlar, canlı yayımlar təşkil etdi. 
 
Sektor 2019/2020-ci tədris ilinin yaz semesteri müddətində250-dən çox tələbə və əməkdaş müraciətinə baxaraq, onlara peşəkar yardım edib.Müraciətlərin əksəriyyəti stress, depressiya, həyəcan, təşviş, yalnızlıq sindromu, yuxu pozuntuları, ailədaxili münasibətlərin pozulmasıilə əlaqədar olub. Psixoloji Yardım Sektoru öz növbəsində30-dan çox tələbəyə, 10-a yaxın əməkdaşa fərdi konsultasiya təşkil edib. Həmçinin sektorun sosial şəbəkə hesabı üzərindənmövcud vəziyyətlə əlaqədar imtahan sessiyasında tələbələrdə yaranmış əlavə stres amillərini, imtahan gərginliyini aradan qaldırmaq, onların gələcək məqsədlərinə qətiyyətlə addımlamaq yolunda motivasiya və ruh yüksəkliyi yaratmaq üçün gündəlik paylaşımlar və canlı yayımlar tərtib edilib. 
 
Yeni tədris ilində təşkil olunması planlaşdırılan təlimlərə qatılmaq üçün isə 80-ə yaxın tələbənin müraciəti qeydə alınıb.
 








Redaktorun seçimi