Deputatlar şəhidlərin ailələrini ziyarət ediblər - FOTOLAR

Hit: 1990
Deputatlar şəhidlərin ailələrini ziyarət ediblər - FOTOLAR

Bu gün Milli Məclisin deputatları  Tovuz və Ağstafa rayonlarına səfər ediblər.

Faktor.az xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov məlumat verib.

O bildirib: "Həmkarımız Qənirə xanım Paşayevanın müşaiəti ilə öncə şəhid Məmmədov Elşad Dönməz oğlunun ailəsinə baş çəkdik. Sonra ermənilərin atdığı mərmi nəticəsində dünyasını dəyişən 76 yaşlı Əziz Əzizovun ailəsinə baş sağlığı verdik, həmin kəndin şəhidlər məzarlığını zayarət etdik.

Tovuzun Cəlilli kəndinə gələrək gizir Zeynallı İlqar Ayaz oğlununun ailəsinə baş çəkdik. Sonra Ağstafa rayonu Kolxəlfəli kənd sakini İsmayılov Nazim Əfqan, Yuxarı göycəli kənd sakini Sadıqov Vüqar Lətif, Həsənsu kənd sakini Mustafazadə Elçin Arif, Köçəskər kənd sakini Babayev Yaşar Vasif oğlunun ailələrinə baş sağlığı verdik. Geri dönərkən Gəncə hərbi hospitalına baş çəkdik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Nur içində yatsınlar!"

1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi