Qətərdə Azərbaycan Ordusuna dəstək yürüşü təşkil olunub - VİDEO

Hit: 14475
Qətərdə Azərbaycan Ordusuna dəstək yürüşü təşkil olunub - VİDEO
Qətərdə yaşayan azərbaycanlılar Azərbaycan – Ermənistan dövlət sərhədində qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsini əziz tutaraq ordumuza dəstək yürüşü təşkil ediblər
 
Qətərin Azərbaycan icmasından Pressa-ya verilən məlumata görə, paytaxt Dohanın məşhur Al Corniche küçəsində keçirilən yürüşdə bu ölkədə yaşayan azərbaycanlı gənclər, diaspora üzvləri iştirak edib.
 
Yürüş iştirakçıları eyni zamanda əllərində Azərbaycan bayrağı və plakatlar tutaraq "Qarabağa Ədalət", "Qarabağ Azərbaycanındır” şüarları səsləndiriblər.
 
Qeyd edək ki, yürüş zamanı qətərlilərin də dəstəyi hiss olunub. Azərbaycanlılar Ermənistanın Azərbaycana təcavüzü barədə yerli sakinləri məlumatlandırıblar.
 
Onu da bildirək ki, Qətərdə hazırda koronavirus pademiyası ilə əlaqədar olaraq məhdudiyyətlərdə müəyyən yumşaldılmalar olsa da,  yürüş iştirakçıları qaydalara əməl edərək tibbi maskalardan istifadə ediblər.








Redaktorun seçimi