AzTU tələbəsi: “Tvitterdə erməni yalanlarını ifşa etdiyimiz üçün Paşinyan bizi qara siyahıya saldı” - FOTOLAR

Hit: 1164
AzTU tələbəsi: “Tvitterdə erməni yalanlarını ifşa etdiyimiz üçün Paşinyan bizi qara siyahıya saldı” - FOTOLAR
İyulun 15-də Azərbaycanın bir qrup fəal gənci ermənilərin törətdiyi soyqırımları və işğalçılıq siyasətini, eyni zamanda son günlər Tovuzda gedən döyüşlərlə bağlı həqiqəti dünyaya çatdırmaq üçün Tvitterdə aksiyaya başlayıb. 3000-ə yaxın gəncin qoşulduğu aksiyada Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri də iştirak edib. AzTU-nun “Xüsusi Texnika və Texnologiya” (XTT) fakültəsinin IV kurs tələbəsi Elçin Cəfərlinin verdiyi məlumata görə, gənclərin Tvitterdə yaratdığı
 
#KarabakhisAzerbaijan #KarabakhisNOTArmenia #TovuzisAzerbaijan #TovuzisNotArmenia #Tovuz #ArmenianLies #ArmeniaIsTerrorist #ArmeniaBestTerroristCountry #ArmeniaDespotism kimi həştəqlər qısa zamanda Azərbaycan gündəmində ilk sıralara, dünya gündəmində isə ilk 20-liyə daxil olub. O qeyd edib ki, gənclər İrəvanın və Qarabağın qədim Azərbaycan torpaqları olması faktını dünya ictimaiyyətinə müxtəlif dillərdə təqdim ediblər. Həmçinin ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri əks etdirən fotolar da Tvitter istifadəçilərinə çatdırılıb. Maraqlısı odur ki, gənclərin erməni yalanlarını ifşa etməsi və bu faktları dünya ictimaiyyətinə çatdırmasından narahat olan Ermənistanın baş naziri Nikol Paşinyan onları öz Tvitter hesabında qara siyahıya salıb.
 
Gənclər isə Paşinyanın bu hərəkətinin əhəmiyyətsiz olduğunu bildiriblər. Qeyd ediblər ki, müharibə təkcə ön cəbhədə getmir. İnformasiya müharibəsində də üstünlüyü ələ almaq və əsgərlərimizə dəstək olmaq məqsədilə erməni vandalizmi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün aksiyanı davam etdirəcəklər.

1
1
1
1
1
1
1







Redaktorun seçimi