Azərbaycan və erməni diasporlarının müqayisəyəgəlməz - TƏHLİLİ

Hit: 773
Azərbaycan və erməni diasporlarının müqayisəyəgəlməz - TƏHLİLİ

“Bir erməni millətçisi məqalə ilə çıxış etdi ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Özü də harada? Fransa qəzetində. Artıq erməni diasporu bu işlərə qoşulmuşdu”.

İlham Əliyevin məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışındakı nitqindən
28 may 2020
 
Ermənistan dövlətinin diaspordan asılılığı və xarici ölkələrdən mənimsəmə faktları artıq qəbul olunmuş bir aksiomadır.
Amma bütün bunlar erməni diasporunun xislətini göstərməklə, yolçu (dilənçi) mahiyyətin üzə çıxarır.
Məkirli, saxta və hiyləgər fəaliyyətini təzahür etdirir.
Tarixən ikiüzlü əməlləri və riyakar fəndləri ilə dünya ictimaiyyətini aldadır öz məqsədlərini həqiqətə çevirirlər.
Bu yaxınlarda, Ermənistana ABŞ-da yaşayan erməniəsilli məşhur əxlaqsızlıq mücəssəməsinin - “₽ulduzun” çağırışı ilə ianənin toplanılması bir daha sübut etdi ki, bu millət və dövlət donorsuz yaşaya bilməz.
Parazitvari şəkildə partnyor orqanizmdən faydalanan bu etnos bədniyyətlərini gerçəkləşdirmək üçün “Yazıq-Əzabkeş” obrazına girərək lazımlı yerdə və vaxtda ola bilir, bundan peşəkarcasına yararlanırlar.
Ancaq öz mənfəətlərini güdürlər, mövcud vəziyyəti xeyirlərinə dəyişir və mənafelərinə görə istifadə edirlər.
Bir sözlə, milli eqoizmə düçar olan bu qövmə insani münasibət, ümumbəşəri dəyər yaddır. Yalnız və yalnız məkirli və mənfur xarakterik xüsusiyyətlər xasdır.
Bunun biz koronavirus pandemiyası ilə planetar mübarizədə bir daha şahidi olduq.
Bəşəriyyəti təhdid edən COVlD-19-dan xilas olmaq üçün bütün sivil dövlətlər birgə-bərabər səy göstərdiyi bir ərəfədə onlar öz repertuarlarını yalan və böhtana köklədilər.
Ermənistan xəstə təfəkkürlü və təxəyyüllü diasporu vasitəsilə ilə bundan yalnız öz məqsədi üçün çalışaraq maksimum gəlir əldə etməyə “əmək” sərf edir.
Bütün bunlar erməniçiliyin “nifaq ideologiyası”na söykəndiyini, təhlükəli və ziddiyyətli iş metodunu etiva edir.
Sistemli şəkildə təşkilatlanaraq çirkin məramlarını reallaşdırmaq üçün min-bir oyundan çıxırlar. Olduqları cəmiyyətə inteqrasiya etmək əvəzinə, separasiyanı üstün tutur, özlərini izalə edirlər. Bununla etnik qarşıdurma və milli zəmində problem yaratmış olurlar.
Həmin dövlətin yaratdığı bütün imkanlarından sui-istifadə edir və talamağa-tükətməyə çalışırlar.
Təkcə özlərini, öz maraqlarını düşünür və olduqları cəmiyyətə xidmət etməyi, fayda verməyi özlərinə rəva görmürlər.
Birgəyaşayışı, multikultural ləyaqati və tolerant düşüncəni konkret rədd edirlər.
 
Bu xüsusda, planlı şəkildə beynəlxalq aləmdə erməni diasporunun daxili açılmalı, xaricə ifşa olunmalı və göstərməliyik ki, bunlar fürsətçilik edib yarınmaqla həmin yaşadıqları yerlərdə sosial münasibətlərə xələl yetirir və ümumi inkişafına zərər vururlar.
Erməni diasporu əslində Zəli funksiyasını daşıyır, donor dövlətdən pulu-maliyyəni qan kimi sorur və mənşə ölkəsinə göndərir.
 
Məhz bu kontekstdə Azərbaycan və erməni diasporları arasında analogiya aparmaq düzgün olmazdı.
Ona görəki Azərbaycan diasporu müsbət yüklü elektroddan, erməni diasporu mənfi yüklü elektroddan təşkil olunub.
Tarixi faxtlara əsaslansaq, bu anod və katod müqayisəyəgəlməzdir.
Təsnifat baxımından klassik və müasir diasporlara bölünən erməni və Azərbaycan diasporunun fəlsəfəsi yerlə göy qədər bir-birindən aralıdır.
Ən yeni tarix bunu özü-özlüyündə sübuta yetirir.
 
Azərbaycanın Ermənistandan fərqi də məhz xoşməramlı diaspor siyasəti formalaşdırıb həyata keçirməsidir. Hazırda müəyyənləşdirilən sağlam idarəetmə metodu həm milli, həm də bəşəri təhlükəsizliyə və tərəqqiyə xidmət edir.
Bəllidir ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra prioritet istiqamətlərdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması - diasporla işin effektiv təşkilidir.
Bu sfera real və potensial imkanlarla nəzərə alınaraq, diqqət və qayğı ilə əhatələnib.
Son illər Dünya azərbaycanlıları və Azərbaycan diasporu ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi, struktur və kadr islahatları düşünülmüş və uzaqgörənliyin məhsulu kimi, öz nəticəsini verir.
Məlumdur ki, Prezident İlham Əliyevin “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun tətbiq edilməsi barədə” 2003-cü il 21 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 11 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb.
Fərmana əsasən xarici ölkələrdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərən orqan Diasporla İş üzrə Dövlət Komitəsi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş qaydaya uyğun olaraq həyata keçirir.
Prezident Administrasiyasındakı struktur dəyişikliklərində diasporun humanitar sahə kimi ön plana çəkilib şöbənin adında əks etdirilməsi və Diaspor Komitəsində adminstrativ yeniləşmələrin olunması bu istiqamətə həssas və strateji yanaşmanın təcəssümüdür.
Lakin, hər hansısa ölkədə olan vətəndaşlarımızın - soydaşlarımızın müəyyən mənada maddi çətinliklərin qarşılamaqla, yaşadıqları-olduqları cəmiyyətin sosial inkişafına səmərə verir.
Azərbaycan Respublikasının vətəndaşları və soydaşları ilə yanaşı, Dünya evinə töhfəsidir.
Eləcə də Ümumdünya Səhiyyə Təşkilatına ianələr və bir neçə dövlətə yardımlar edib...
 
Göründüyü kimi, Azərbaycan Respublikası dövlət səviyyəsində öz subyekt və obyektlərinə fövqəladə halda - təcrid rejimində sahib çıxaraq Diaspor Komitəsi vasitəsilə vətəndaşlarına və soydaşlarına mənəvi dayaq durmaqla yanaşı, maddi dəstək göstərdi və buna davam edir.
Belə bir dövrdə xarici ölkələrdəki azərbaycanlılarla-diaspor ailəsi ilə rabitənin gücləndirilməsi və onlara müstəqil Vətənin qeydinə qalmasını hiss etdirmək, gələcəkdə aktiv fəaliyyətləri və var qüvvədə çalışmaları üçün ciddi stimuldur.
Eyni zamanda, kompleks olaraq görülən işlər və pandemiyayla əlaqədar hazırlıq tədbirləri Azərbaycan Respublikası vətəndaşlarının yaşadıqları və diaspor təşkilatlarının fəaliyyət göstərdikləri dövlət və cəmiyyətlərə bir yük deyil, əksinə qatqısıdır.
Bu xüsusda, Azərbaycan dövləti və diasporu üçün həyati vacib əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə fokslaşmağı lazım bilirəm.
Son günlər qarşı tərəfin beynəlxalq hüququn norma və prinsiplərin kobud surətdə pozaraq “Atəşkəs”ə əməl etməməsi və başqa istiqamətdə hücuma keçməsi Azərbaycan diasporunun təcavüzkara qarşı səfərbər olunmasına və mütəşəkkil qaydada düşmənə qarşı informasiya-təbliğat savaşına atılmağa rəvac verdi.
Gözləntilər böyükdür, yeni mərhələdə kəmiyyət və keyfiyyət baxımından daha effektiv nəticə əldə edilməlidir.
Təsadüfi deyildir ki, bir sıra rəsmi sənədlərdə Azərbaycan diasporunun "yumşaq güc" və "publik diplomatiya"nın tərkib hissəsi kimi təsbit olunması sosial-mədəni sahədə əlahiddə yeri olan bu fenomenin siyasi-iqtisadi rolunun yüksəldiyi qənayətindəyik.
Diaspor müasir dövrün aparıcı aktoru və ağır çəkili təsir mexanizmidir.
 
Bununla,
 
Qarabağ intellektual diskusiya klubunun yaradılması və tanınmış beynəlxalq mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması və konfliktologiya ixtisasi üzrə tədqiqatçıların bu sahəyə cəlb edilməsi məqsədəuyğundur:
 
Həmçinin,
 
1. Qarabağ Beynəlxalq Sülh Hərəkatının və Lobbi İşçi Qruplarının yaradılması;
2.Dünyanın nüfuzlu KİV-nin region üzrə reportajlar hazırlamasının təşfiqi və təşkili;
3. Dünya azərbaycanlılarının “Qarabağ həqiqətləri” virtual forumunun keçirilməsi;
(Bütün azərbaycanlıları cəlb etmək üçün sosial şəbəkələrin birində yeni platformanın qurulması və qeydiyyata alınması.)
Azərbaycan məlumat-informasiya mərkəzinin formalaşdırılması və press-klubların yaradılması günün tələbləri sırasındadır.
AMEA Diaspor Komitəsini müvafiq müfəssəl materiallar ilə təmin etməlidir.
Azərbaycançılıq idealogiyasının dünya azərbaycanlılarının həyat tərzinə çevrilməsi üçün yeni model ortaya qoyulmalıdır.
Əyani vəsaitlər hazırlanmalıdır.
Bu və ya bu kimi tədbirlər milliyönlü fəaliyyətə yeni rəng çaları qatmaqla ümümmilli nailiyyətin qazanılmasına gətirib çıxara bilər.
 
Qeyd:
 
Hər bir xalq öz spesifik xüsusiyyəti, psixologiyası və mentalitetinə uyğun təşkilatlanır etnik-milli kimliyini ortaya qoyur.
Diasporlar məzmun və forma baxımına, yayılma, yaranma və yurdsalma şərtlərinə görə öz qarşılarına məqsəd və vəzifə qoyurlar.
Elə bu iki əks qütblü diasporların hərəkət fəaliyyət spektrını dərin və geniş mənada təhlil edərkən dəyərlə-dəyərsizliyi, ağla-qaranı, xeyirlə-şəri və gerçəklə-saxtanı açıq-aşkar görmək olur.
Bunların fonunda söyləmək mümkündür: Bütöv Azərbaycan labüddür - Böyük Ermənistan isə xülyadır.

YƏHYA BABANLI







Redaktorun seçimi