İKT üzrə də bir sıra peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb

Hit: 337
İKT üzrə də bir sıra peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində informasiya kommunikasiya texnologiyaları üzrə yeni bir sıra peşə və kvalifikasiya standartlarının layihələri hazırlanıb. 
 
Bu layihələr “Avtomatika sistemləri üzrə proqramçı”, “Avtomatika üzrə mütəxəssis”, “Robotlar və robototexniki sistemlər üzrə mütəxəssis”, “Şəbəkə texnologiyaları üzrə mütəxəssis”, “Telekommunikasiyanın idarə olunması üzrə mütəxəssis” və “Verilənlər bazasının idarə edilməsi üzrə mütəxəssis” üzrə peşələrinə aiddir. Onların hazırlanması zamanı müvafiq sahələr üzrə işəgötürənlərin də təklifləri nəzərə alınıb.
 
Nazirlikdə yaradılmış İnformasiya kommunikasiya texnologiyaları və rabitə sahələrində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının  videokonfrans formatında ilk iclasında həmin layihələr müzakirə olunub.
 
İclasda İqtisadiyyat, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Statistika Komitəsi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Texniki və İqtisad universitetlərinin, habelə sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edib.
 
Müzakirələr nəticəsində yeni peşə və kvalifikasiya standartlarının layihələri səslənən rəy və təkliflər nəzərə alınmaqla








Redaktorun seçimi