Tanınmış iş adamı Elvin Abbasovun doğum günüdür

Hit: 1269
Tanınmış iş adamı Elvin Abbasovun doğum günüdür
Bu gün tanınmış iş adamı Elvin Abbasovun doğum günüdür
 
Faktor.az xatırladır ki, Elvin Miribadət oğlu Abbasov 13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin tanınmış şirkətlərində kompüter mühəndisi, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir.
 
2006-cı ildə vətəni Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra “INTERLAND Company” MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə “SalamNews” İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən "Vision TV" MMC şirkətini təsis edib.[5][6] 2015-ci ildə “Bələdiyyələrin vahid ödəmə sistemi”ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur.
 
2015-ci ildə “Sərmayənin Milliləşməsi”[7][8][9][10] və eyni zamanda bu sahədə “Milli internet resuslarının yaradılması” fikrini təbliğ edərək[11][12] bu istiqamətdə MyDay milli sosial şəbəkəsini yaratmışdır.[13][14][15]. Milli internet resurslarının ölkə üçün əhəmiyyət kəsb etdiyi barədə tez-tez mətbuatda məqalələri yayımlanmışdır.[16]
 
2017-ci ildən etibarən “Virtual Azerbaijan Group of Companies” MMC şirkətində direktor vəzifəsinə keçərək İT sahəsində bir neçə uğurlu dövlət layihələrinə imza atmışdır. 2018-ci ildə həmtəsisçilərlə “TimeSoft” MMC-nin fəaliyyətini başladaraq Azərbaycanda 4 məhsul üzrə internet platformaları yaratmışdır: Ofis Menecment, Agro Menecment, Agro Birja və Agro TV-nin fəaliyyəti 2019-cu ildən başlamışdır.

Faktor.az xəbər portalının kollektivi  iş adamı Elvin Abbasovu təbrik edir, yeni yaradıcılıq uğurları arzu edir!








Redaktorun seçimi