Tanınmış jurnalistdən dəstək çağırışı - Çağırışa qoşulanların sayı artır!

Hit: 682
Tanınmış jurnalistdən dəstək çağırışı - Çağırışa qoşulanların sayı artır!
Tanınmış jurnalist və “PR”çı İlkin İzzət (İlkin Bağırov) Azərbaycan Ordusuna dəstək çağırışı ilə çıxış edib. O, bu məqsədlə sosial şəbəkələrdə
 
#DöyüşƏmriniYerinəYetirməyəHazırdır həştəqi yaradıb. Facebook-da “#AzərbaycanOrdusunun ehtiyatda olan zabiti, b/l-nt Bağırov #DöyüşƏmriniYerinəYetirməyəHazırdır!” paylaşımını edən jurnalist Ordumuza dəstək naminə cinsindən, peşəsindən, vəzifəsindən, rütbəsindən asılı olmayaraq hamını bu həştəqlə və ya buna bənzər mövzuda paylasımlar etməyə çağırıb. 
 
İlkin İzzət  Faktor.az–a açıqlamasında qeyd edib ki, Vətənin ağır günlərində heç kim kənarda qalmamalı, hər kəs bu dövlətə və ordumuza əlindən gəldiyi qədər dəstək verməlidir: “Qoy düşmən bilsin ki, bizə qarşı atdığı hər bir mərmi bizi daha güclü, daha möhkəm, daha sıx edir. Qoy bütün düynaya agah olsun ki, Azərbaycanda kimliyindən asılı olmayaraq kəs bu Vətənin müsəlləh əsgəridir! Qoy düşmən bilsin ki, bu torpaq şəhid olmuş hər bir əsgərin, gizirin, zabitin yerinə yüzünü, minini yetişdirəcək. Biz qanla yoğrulmuş bu torpağı şərəfsiz və murdar məxluqlara nə təslim edər, nə də onları rahat yaşamağa qoyarıq!”
 
Onun bu çağırışına artıq onlarla insan qoşulub. 
 
Qeyd edək ki, 22 ildir jurnalistika və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərən İlkin İzzət (İlkin Bağırov) hazırda VEYSƏLOĞLU Şirkərlər qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiridir. 
 
Xatırladaq ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib, lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub. Buna baxmayaraq 2 gündür adıçəkilən istiqamətdə döyüşlər hələ də davam edir.
 
Ötən gecə artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
 
Təəssüf ki, döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.







Redaktorun seçimi