İcra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib - FOTOLAR

Hit: 2258
İcra başçısı Seymur Orucovun rəhbərliyi ilə reydlər keçirilib - FOTOLAR
Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında təbliğat işlərinin aparılması məqsədilə koronavirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması və Operativ Qərargahın təsdiq etdiyi metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunması ilə bağlı reyd keçirib.
 
Reyddə Rayon İcra Hakimiyyətinin başçısı yanında Operativ Qərargahın üzvləri, eləcə də Rayon Polis Şöbəsinin əməkdaşları iştirak edib. İcra başçısı xüsusi ilə əhalinin sıx toplandığı məkanlarda, ən çox istifadə etdiyi ictimai-iaişə və ticarət obyektlərində olaraq sakinlərlə qoruyucu maskalardan istifadənin zəruriliyi, sosial məsafənin gözlənilməsi və digər profilaktik tədbirlərə dair maarifləndirici söhbətlər aparıb. Reydlər keçirilən müəssisə rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
 
Onların nəzərlərinə çatdırılıb ki, bundan sonra da rayon ərazisində reydlər davam etdiriləcək və karantin qaydalarına əməl etməyənlər haqqında ciddi şəkildə inzibati cəza tədbirləri görüləcək.
 
Bu gün keçirilən reyd nəticəsində karantin rejiminin qaydalarına riayət etməyən sahibkarlıq subyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 30 mobil qrup fəaliyyət göstərir.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi