Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edilib

Hit: 876
Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edilib

Dünya bayraqlarının kolleksiyasını toplayan 15 yaşlı Türkiyə vətəndaşı Ali Mert Tunçun Azərbaycana xüsusi sevgisi var. Bu marağa və bu sevgiyə görə o, Azərbaycan Müdafiə Nazirliyinə müraciət edərək Azərbaycan bayrağının ona hədiyyə edilməsini xahiş edib.  
Müdafiə nazirnin tapşırığına əsasən Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov ölkəmizin Ankara şəhərindəki səfirliyində Ali, onun kiçik bacısı Defne Zeren və uşaqların valideynləri - atası Tunç Ali Kemal və anası Tunç Kevser ilə görüşüb. Səmimi görüş qonaqlara xoş təsir bağışlayıb.
Görüşdə Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlərin tarixindən, mədəniyyətindən, qarşılıqlı əlaqələrin inkişafından, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi “Bir millət, iki dövlət” formatında əməkdaşlığımızdan bəhs edilib.
Görüşün sonunda Aliyə Azərbaycan Respublikasının Dövlət Bayrağı, ailə üzvlərinin hər birinə isə ölkəmizə məxsus müxtəlif hədiyyələr təqdim olunub.
Qonaqlar müraciətə qısa zamanda baxıldığına, Azərbaycanın Ankaradakı səfirliyinə dəvət olunduqlarına və burada şahidi olduqları səmimiyyətə, mehribanlığa görə dərin təşəkkürlərini bildiriblər.
Ali Mert Tunç və ailə üzvləri COVİD-19 virusu bitdikdən sonra, Azərbaycana gəlmək arzusunda olduqlarını bildiriblər.









Redaktorun seçimi