“Azəriqaz”ın abonentlərinin sayı 2,3 milyona yaxınlaşıb

Hit: 1005
“Azəriqaz”ın abonentlərinin sayı 2,3 milyona yaxınlaşıb

2020-ci ilin iyun ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 3132 yeni abonent qeydiyyata alınıb ki, bundan 2252 abonent Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 880 abonent isə regionların payına düşür. Bu ilin yanvar-iyun ayları ərzində əhali sektoru üzrə 36 564 yeni abonent qeydiyyata alınıb. Beləliklə, 01 iyul 2020-ci il tarixinə “Azəriqaz” İstehsalat Birliyində ölkə üzrə qeydiyyatda olan abonentlərin sayı 2 milyon 284 min 980-ə bərabər olmuşdur. 881 905 abonent Bakı şəhəri, 1 milyon 403 min 75 abonent isə regionlarda qeydiyyata alınıb.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 621 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün hər birinə 5000 kub metr həcmində limit ayrılıb.









Redaktorun seçimi