Milli Əlaqələndirmə Şurasının videokonfrans formatında 10-cu iclası keçirilib

Hit: 690
Milli Əlaqələndirmə Şurasının videokonfrans formatında 10-cu iclası keçirilib

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının videokonfrans formatında 10-cu iclası keçirilib.

Baş Nazirin müavini, Şuranın sədri Əli Əhmədovun rəhbərliyi ilə keçirilən iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, xüsusilə yoxsulluqla mübarizə, sosial inkişaf sahəsində kompleks tədbirlərin indiki qlobal pandemiya dövründə də davam etdirildiyini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda pandemiyaya qarşı görülən genişmiqyaslı işlərdən bəhs edən nazir müavini bu dövrdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirləri diqqətə çatdırıb. A.Kərimov iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması sahəsində görülən işləri qeyd edib. O, özəl sektorda cari ilin 6 ayında əmək müqavilələrinin sayında 110 min, əməkhaqqı fondunda 8 faiz artım qeydə alındığını, 2,3 milyondan çox şəxsi əhatə edən sosial təminat üzrə ödənişlərin davamlılığının təmin edilldiyini bildirib.

600 min şəxsin birdəfəlik ödəmə ilə təmin edildiyini deyən nazir müavini ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramın genişləndirilməsi və digər sosial dəstək təbirlərini qeyd edib.  

A.Kərimov bildirib ki, bu tədbirlər “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Məqsədlərin (yoxsulluğun bütün formalarına hər yerdə son qoyulması, hamının sağlam yaşayış tərzinin təmin edilməsi, rifah halının yaxşılaşdırılması, hər kəsin tam və səmərəli məşğulluğuna, layiqli işlə təmin olunmasına dəstək verilməsi və s.) icrası sahəsində də  növbəti addımlardır.







Redaktorun seçimi