Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Hit: 801
Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq iyulun 11-12-də Bakının Ziya Bünyadov prospektinin  “20 yanvar” metrosu istiqamətindən  “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Faktor.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Alternativ olaraq sürücülər  Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə qurum bəyan edib. 









Redaktorun seçimi