Oğuza istirahətə gələn şəxslər müəyyən edilib

Hit: 497
Oğuza istirahətə gələn şəxslər müəyyən edilib
Sərt karantin elan edilən rayonlardan Oğuza istirahətə gələn şəxslər müəyyən edilib.
 
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçrilib.
 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Faktor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərində, gündəlik kirayə evlərdə və otellərdə keçirilən reyd zamanı icazələri olmadan sərtləşdirilmiş karantin rejimi elan edilən rayonlardan Oğuza gələrək istirahət edən şəxslər müəyyən edilib. Onların barələrində qanunauyğun tədbirlər görülüb.
 








Redaktorun seçimi