Naxçıvanda iki şagirdə Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdü veriləcək

Hit: 410
Naxçıvanda iki şagirdə Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdü veriləcək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
 
Faktor.az xəbər verir ki, sərəncamla xüsusi istedadı olan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər:
 
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə:
 
Nəsirova İnci Emin qızı
 
Babək rayon Vayxır kənd tam orta məktəbinin şagirdi, idman sahəsi üzrə:
 
Seyidov Vüsal Mirşahin oğlu








Redaktorun seçimi