Yeni innovativ cihaz hazırlandı

Hit: 703
Yeni innovativ cihaz hazırlandı
“İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin dəstəyi ilə məsafədən bədən temperaturu ölçən cihaz hazırlayıb.
 
Mərkəzdən Faktor.az-a verilən məlumata görə, cihaz insanın temperaturunu ölçərək mobil tətbiqdə əks olunur. 50 sm məsafədən temperaturun ölçülməsi ilə yüksək temperatur qeydə alındıqda səsli və görüntülü xəbərdarlıq vermək funkasiyalarına malikdir. Qapalı məkanlarda virusun yayılma ehtimalının azaldılmasına xidmət edən cihaz erkən aşkarlanma nəticəsində operativ tədbirlərin görülməsini asanlaşdırır. Zamanla formalaşan məlumat bazası simptomlar xəritəsinin çıxarılmasına və potensial yayılma təhlükəsinin qarşısını almağa imkan verə bilir.
 
Cihazın həm geyinilə bilən, həm daşınabilən, həm də statik bir yerdə quraşdırıla bilən dizayna malik olması, bənzər cihazlarla müqayisədə daha uzun məsafədən ölçülmə imkanı, 40 saatlıq batareya, temperatur ölçümlərinin məlumat bazasının yaradılması, fərqli fəaliyyət sahələrində tətbiq imkanları əsas üstünlükləridir.
 
Qeyd edəki ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin məqsədi innovativ həllərin tətbiqi, təlim və kurslar vasitəsi ilə işgüzar maarifləndirməni həyata keçirərək ölkə iqtisadiyyatına dəstək olmaqdır.








Redaktorun seçimi