Bakıda avtomobili yüksək sürətlə idarə edən qadın saxlanıldı

Hit: 537
Bakıda avtomobili yüksək sürətlə idarə edən qadın saxlanıldı
Sosial şəbəkələrdə 90 PB 038 dövlət nömrə nişanlı, "KIA Optima" markalı avtomobilin sürücüsü 60 km/saat nəzərdə tutulmuş yolda 120-180 km/saat sürətlə hərəkət edərək video çəkib, daha sonra onu yayımlayıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Faktor.az-a bildirib ki, süjetlə bağlı ətraflı araşdırılma aparılıb, inzibati xəta tərkibi yarandığı öz təsdiqini tapıb.
 
Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb: "Onunla söhbət zamanı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq olaraq tədbir görülüb".








Redaktorun seçimi