Bakıda polisin qanuni tələblərinə əməl etməyən taksi sürücüsü həbs edildi

Hit: 354
Bakıda polisin qanuni tələblərinə əməl etməyən taksi sürücüsü həbs edildi
Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. 
 
Bu barədə Faktor.az-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
 
O qeyd edib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535 və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
 







Redaktorun seçimi