Yük avtomobilində dərman preparatları aşkarlandı

Hit: 420
Yük avtomobilində dərman preparatları aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
 
Baş İdarənin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
 
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun sol yan dolabında gömrük nəzarətinə bəyan edilməyən 606 ədəd müxtəlif adda dərman preparatları aşkar edilib.
 
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi