"Stasionar postlarda sıxlıq yarandığından onlar mobil postlarla əvəzlənib"

Hit: 2021
"Stasionar postlarda sıxlıq yarandığından onlar mobil postlarla əvəzlənib"
Azərbaycanın sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan iri şəhər və rayonlarında xüsusi mobil postlar fəaliyyətə başlayıb.
 
Bunu “20 Yanvar” ərazisində qurulan postla bağlı Modenr.az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
 
V.Əsədov qeyd edib ki, karantin dövrü davam etdiyindən, yoluxanların sayı çox olduğundan, müvafiq olaraq, polis tərəfindən inzibati tənbeh tədbirləri də davam etdirilir:
 
“Sadəcə stasionar postlarda sıxlıq yarandığından onlar mobil postlarla əvəzlənib. Ona görə də yeni tətbiq edilən texnologiyalar vasitəsilə mobil postlar qurulub. Hazırda qaydalara nəzarət aşağıdakı şəkildə həyata keçirilir:
 
Mobil postlar vasitəsilə, reydlər təşkil etməklə, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşının hərəkətdə olan sürücünü saxlaması ilə, həmçinin kamera vasitəsilə. Yəni stasionar postlarda olan xidmətləri biz yeni üsullarla həyata keçiririk”.
 
Şöbə rəisi bir daha vətəndaşlara, hərəkət iştirakçılarına müraciət edib:
 
“Bir daha vətəndaşları diqqətli olmağa, yoluxma faktlarının qarşısının alınması, öz sağlamlıqları üçün maska taxmağa, sosial məsafə saxlamağa, gigiyenik qaydalara əməl etməyə çağırırıq. Ən azından vətəndaş-polis həmrəyliyinin yüksək səviyyədə təşkil edilməsində iştiraka dəvət edirik. Bu gün də hərəkətlə  bağlı icazə yalnız tələb edilənlər kimidir. Ona görə də vətəndaşlar lüzumsuz olaraq, hərəkət etməsinlər. Düşünməsinlər ki, “postlar ləğv olunub, bizə cərimə yazmayacaqlar””.








Redaktorun seçimi