Tanınmış ilahiyyatçı alim Hacı Şahinin doğum günüdür

Hit: 2670
Tanınmış ilahiyyatçı alim Hacı Şahinin doğum günüdür
Bu gün dəyərli ilahiyyatçı Hacı Şahin Həsənlinin doğum günüdür.

Faktor.az xatırladır ki, ilahiyyatçı alim 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Azərbaycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub, 1999-cu ildə bitirib. 1998-2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.
 
2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşhədi Dadaş” məscidində imam-camaatdır. Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edərək əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib. 2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
 
Uzun illər Həcc karvanına rəhbərlik edən ilahiyyatçı Allah evinin zəvvarlarına xidmət göstərib. dir. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edir. Ərəb, fars, rus dillərini bilir. Ailəlidir. İki qızı və bir oğlu var.
 
Faktor.az-ın kollektivi dəyərli ilahiyyatçını təbrik edir ona müvəffəqiyyətlər arzu edir.








Redaktorun seçimi