Nazirlikdən Bakıda kəskin qoxunun yayılması ilə bağlı açıqlama

Hit: 499
Nazirlikdən Bakıda kəskin qoxunun yayılması ilə bağlı açıqlama
Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy- qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən araşdırma aparılıb.
 
Bunu Faktor.az-a açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib. 
 
İy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdıldığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.
O, qeyd edib ki, mütəxəssislər tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.
 
Qeyd edək ki, Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb. 








Redaktorun seçimi