Bakı polisi - Qadının polisə tabesizlik göstərməsi görüntüləri araşdırılıb

Hit: 559
Bakı polisi - Qadının polisə tabesizlik göstərməsi görüntüləri araşdırılıb
"Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görüntülər tərəfimizdən araşdırılıb".
 
Bu barədə Faktor.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib.
 
"Buna baxmayaraq, B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub, - məlumatda bildirilib.








Redaktorun seçimi