“Leyla Medical Center”də çəkilən - FOTO QIZIL MEDAL QAZANDI

Hit: 1318
“Leyla Medical Center”də çəkilən - FOTO QIZIL MEDAL QAZANDI
“Leyla Medical Center”in ictimaiyyətlə əlaqələr departamentinin reklam meneceri Kamilə Ayvazova Publika.az-a klinikanın qazandığı bu uğur barədə ətraflı məlumat verib.
 
- Kamilə xanım, müsabiqə haqqında nə məlumat verə bilərsiniz?
 
- Müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası (FIAP) və Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının xüsusi icazəsi ilə keçirilib. “Azerbaijan Photo Salon 2020” adlı fotomüsabiqədə ilk dəfə çox sayda ölkə və iştirakçı təmsil olunub.
 
 
- Müsabiqədə kimlər iştirak edib?
 
- Müsabiqəyə dünyanın 74 ölkəsindən 854 fotoqraf tərəfindən 12 min 844 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə fotolar təqdim olunub.
 
- “Leyla Medical Center” bu fotomüsabiqədə necə iştirak edib?
 
- Fotomüsabiqəyə qatılan çox dəyərli fotoqraf Əziz Kərimov “Leyla Medical Center”də keysəriyyə kəsiyi əməliyyatını çəkmək istəyini bildirdikdə, hazırkı dövrü də nəzərə alaraq könüllü fotoqraf fəaliyyətini dayandırmadan çalışan gənc qardaşımıza mənəvi dəstək olmaq istədik.
 
- Sizcə niyə məhz o qədər şəkillər arasında bu şəkil GOLD MEDAL qazandı?
 
- Düşünürəm ki, dinindən və dilindən asılı olmadan övlada olan sevgi dünyanın hər ölkəsində dəyişməyən tək hissdir! Danmaq olmaz ki, bu foto yetərincə baxımlı və təsiredicidir.
 
- Əməliyyatı icra edən həkimin fotonu gördüyü zaman təəssüratları necə oldu?
 
- Əməliyyatı icra edən “Leyla Medical Center”in Cərrah mama-ginekoloqu çox dəyərli, öz işinin peşəkarı Dr.Natiq Məhərrəmov idi. Bu uğurlara alışan Natiq həkim təbii ki, çox sevindi və hər zamankı kimi “xalqımıza xidmət etmək, bir-birimizə dayaq olmaq hər birimizin borcudur” dedi.
 
 
- Son olaraq “Leyla Medical Center”in reklam meneceri olaraq nə demək istərdiniz?
 
- “Leyla Medical Center”in uğurları daimi olsun, hər uğuru bizim böyük gələcəyimizdir.








Redaktorun seçimi