Əlcəzair müstəqillik və gənclər bayramının 58 ci ildönümünü qeyd edir

Hit: 562
Əlcəzair müstəqillik və gənclər bayramının 58 ci ildönümünü qeyd edir
Əlcəzair Xalq Demokratik Respublikasının  Azərbaycandaki  səfiri xanım  Səlimə Abdelhaq qeyd etdi ki Əlcəzair hər il olduğu kimi bugün 5 iyul müstəqillik və gənclər bayramının 58 ci ildönümünü qeyd edir.O həmçinin bu əlamətdar günün məğrur Əlcəzair Xalqının qəlbində yaşadılmasını 100 ildən artıq davam edən işğal, ədalətsizlik,zülmdən xilas olmasına və qeyri şərtsiz müstəqilliyin geri qaytarılmasına imkan verdiyini əlavə etdi.
 
Cənab səfir bu il müstəqillik bayramının dəfn ilə əlaqədar  öz təbii və insani  hüquqlarından 170 ildən artıq məhrum olmuş milli müqavimət hərəkatının liderlərindən 24 - nün qalıqlarını Fransadan geri qaytarılmasına təsadüf etdiyinə vurğuladı.Sanki taleh həmin şəhidlərin müstəqillik bayramı günü "Aliyə" qəbiristanlığı,öz müqavimət yoldaşlarının yanında dəfn edilməsini istəyir.Azadlıq əldə etmiş Əlcəzairlilər bugün Allah və vətən yolunda şəhid olmağın ən üstün dərəcə olmasına inanaraq canlarını və qanlarını fəda etmiş şəhidlərin ruhu qarşısında hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad edəcək.
 
Səfir əlavə etdi ki Azərbaycanda məskunlaşan və mövcud şəraitlə bağlı Bakıda qalmış Əlcəzairlilər bu unudulmaz günü qeyd edəcəkdir.Səfir fürsətdən istifadə edərək mübariz Əlcəzair xalqını, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən Əlcəzair Diasporasının üzvlərinə, pandemiya səbəbiylə Bakıda qalmış, Əlcəzairlilərə ən xalis təbriklərini çatdırmış və müvəffəqiyyətlər arzulamışdır.Sonda səfir Əlcəzairin daim müstəqil və çiçəklənən dövlət olmasını, şan və şöhrətin şəhidlərə məxsus olduğunu, Əlcəzair və Azərbaycan dostluğunun əbədi olacağını qeyd etdi.








Redaktorun seçimi