Bakının Nəsimi rayonunda su kəsilib

Hit: 430
Bakının Nəsimi rayonunda su kəsilib
Bakının Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar, rayonun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.
 
Faktor.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. 
 
Məlumatda həmçinin deyilir ki, gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.
 
Qurum yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib. 








Redaktorun seçimi