Bakı polisi - "Aysberq” otelindəki fotoşəkil 2017-ci ildə çəkilib

Hit: 500
Bakı polisi - "Aysberq” otelindəki fotoşəkil 2017-ci ildə çəkilib

"Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” otelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb".

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub: "Həmin fotoşəkil 2017-ci ildə çəkilib".

 

 









Redaktorun seçimi