Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi

Hit: 696
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi
Bu gün iyul ayının 4-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə  kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 7-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Saat 18-00-a kimi davam edən  tədbir zamanı şəhər mərkəzi və paytaxtın kənar rayonlarda ümunilikdə 544 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilmişdir. 
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq  davam etdiriləcəkdir.
 








Redaktorun seçimi