2 tondan çox narkotik vasitə məhv edilib

Hit: 503
2 tondan çox narkotik vasitə məhv edilib
Daşkəsəndə 2 tondan çox narkotik vasitə məhv edilib
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Faktor.az-a verilən məlumata görə, ümumi çəkisi 2442 kq olan 8432 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.







Redaktorun seçimi