DYP hərəkət iştirakçılarını yoxlamağa başladı

Hit: 427
DYP hərəkət iştirakçılarını yoxlamağa başladı
Dövlət Yol Polisi (DYP) Bakı şəhərinin müxtəlif küçə və prospektlərində sürücü və sərnişinlərin yoxlamasını həyata keçirir.
Faktor.az xəbər verir ki, xüsusi karantin rejiminin tələblərində nəzərdə tutulmuş müvafiq icazələrinin olub-olmamasına nəzarət etmək məqsədilə hərəkət iştirakçılarının – sürücülərin və sərnişinlərin sənədləri yoxlanılır.
 
Müvafiq icazəsi olmayan hərəkət iştirakçıları qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.
 
Qeyd edək ki, Bakı şəhərinə giriş-çıxış postları istisna olmaqla digər postlar iyul ayının 2-dən ləğv edilib.
 
Daxili İşlər Nazirliyindən bildirilib ki, buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.







Redaktorun seçimi